RU

Böyük Qayıdış uğurla həyata keçirilir



"İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenilənməsi, quruculuq-abadlıq işləri sürətlə həyata keçirilir. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurda hər gün bir istehsal müəssisəsi, yaşayış kompleksi və digər ictimai iaşə obyektlərinin əsası qoyulur. Bu da öz növbəsində azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıtması, Böyük Qayıdış Proqramnın uğurla icra edilməsinə yol açır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinin birbaşa Cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olması həm görülən işlərin keyfiyyətinə, həm də prosesin sürətlənməsinə səbəb olur:

"Bildiyimiz kimi Cənab Prezident dekabrın 23-də Xankəndi və Ağdam şəhərlərində olub, burada bir çox obyektlərin açılışında iştirak edib və yeni müəssisələrin təməlini qoyub. Bu da öz növbəsində Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın başlanması deməkdir. Həyata keçirilən bu kimi tədbirlər öz növbəsində azad olunmuş ərazilərə köçən vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradır".

Süleyman
Избранный
54
1
newscenter.az

2Источники