"İşğaldan azad edilən 5 ildən artıq müddətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işləri bölgəni təkcə siyasət və mədəniyyət mərkəzi deyil, eyni zamanda təhsil mərkəzinə çevrib. Qısa müddətdə yaradılan təhsil müəssisələri, ali təhsil ocaqları Qarabağ və Şərqi Zəngəzuru həm də təhsil mərkəzi kimi dünyaya tanıdıb. Bu gün Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti təkcə bir bölgənin adını özündə əks etdirmir. Eyni zamanda onu dünyaya tanıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, Qarabağ Universitetində təkcə yerli deyil, eyni zamanda beynəlxalq tədbirlərin keçirilməsi bunun əyani sübutudur:
"Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Qarabağ Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müvafiq addımlar atılır. Dekabrın 23-də dövlət başçısının Qarabağ Universitetində açılış mərasimində iştirak etməsi bunun əyani sübutudur".
Ruhiyyə Mehdiyeva əmin olduğunu bildirib ki, dövlətin və şəxsən dövlət başçısının diqqət və qayğısı nəticəsində maddi-texniki bazası möhkəmləndirilən Qarabağ Universiteti ölkəmiz üçün savadlı, yeniliklərə yiyələnən kadrlar yetişdirəcək.
Şeyda