RU

İnstitutun yeni nəşri Azərbaycan Texniki Universitetində maraqla qarşılanıb - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutunun ölkə suverenliyinin qorunmasının və dövlət strategiyasının mahiyyətini ətraflı izah edən yeni nəşrinin növbəti təqdimatı Azərbaycan Texniki Universitetində təşkil edilib.

QHT.az xəbər verir ki, dekabrın 23-də baş tutan təqdimatda İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin müəllifi olduğu “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı müəllim və tələbə kollektivinin marağına səbəb olub.

Təqdimat zamanı müəllif bildirib ki, nəşrdə Azərbaycanın otuz illik münaqişə tarixi və 44 günlük müharibədə qələbəsi elmi, hüquqi və siyasi aspektlərdən geniş şəkildə izah edilir. Həmçinin, əsərdə BMT Nizamnaməsi, Cenevrə Konvensiyaları, habelə müxtəlif beynəlxalq təşkilatların sənədləri araşdırılır. Bundan əlavə, müəllif nəşrdə Prezident İlham Əliyevin müharibə zamanı etdiyi müraciət, çıxış və müsahibələrini göstərməklə, söylədiyi fikirləri tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, filosofların və ədiblərin baxışları ilə müqayisə edir.

Tədbirdə 25 tələbə və müəllim iştirak edib.

Избранный
39
qht.az

1Источники