Cinayət işində adı keçən şirkətlərdən ikisi Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova məxsusdur.
Söhbət "Səmayə Co" və "Səmayə Logistic" şirkətlərindən gedir.
2021-ci ikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkət Bakı İdman Sarayının yerləşdiyi Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.
Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.
Sözügedən ünvanda həm də "Araz-Naxçıvan"ın rəhbəri Z.Axundova məxsus "Səmayə Co LTD" MMC də fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın formasının ön hissəsində də Zaur Axundovun şirkətinin adı qeyd olunub.