RU

“Xəmsə Palace 2021” MTK-dan özbaşınalıq: Yaşayış olan evin hasarını uçurdub… – VİDEO

“Xəmsə Palace 2021” MTK-dan şikayət var.

“Xəbərsiz”ə müraciət edən şikayətçi Hüseynov Elşən Şahin oğlu bildirir ki, Binəqədi rayon, M. Ə. Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 18B ünvanının yaxınlığında sözügedən MTK-nın apardığı tikinti işləri sakinlərin narahatlığına səbəb olur.

Şikayətçinin iddialarına görə, 3 il bundan öncə “Xəmsə Palace 2021” MTK sözügedən ərazidə tikinti işlərinə başlayıb. Əvvəlcə binanın Azərbaycan Yazıçılar Birliyi üçün tikiləcəyi bildirilsə də, daha sonra satış məqsədi ilə ikinci, indi isə üçüncü binanı tikməyə başlayıblar.

“Bu tikinti şirkəti işə başlayandan biz rahatlıq tapa bilmirik. Nəinki biz, küçədə yaşayan bütün sakinlərin rahatlığı əlindən alınıb. Gecə-gündüz iş gedir. Yollarımızı bərbad günə qoydular. Heç bir təhlükəsizlik tədbiri alınmadı. Dəfələrlə mənim ərazimin hasarını bir neçə yerdən uçurdublar. Bununla bağlı şirkət rəhbərinə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülmədi. Əksinə, onlar öz əməllərini davam etdirdilər”, – deyə Hüseynov Elşən qeyd edib.

Şikayətçi məhkəmənin qərarının olmasına baxmayaraq, həmin qərarın icrasına əməl edilmədiyini bildirib:

“2025-ci ilin mart ayında Binəqədi Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə qərar çıxartdı ki, bu şirkət bizim hasara, mülkə heç bir müdaxilə edə bilməz. Lakin son bir həftədə yenidən bizim hasarı uçurtmağa başladılar və hasar tamamilə uçurduldu. Həmin vaxtı mən “102” qaynar xəttinə müraciət etdim, polis əməkdaşları gəldilər. Mən məhkəmə qərarını göstərdim, lakin onlar öz işlərini dayandırmadılar və hasarımız tamamilə uçurduldu”.

Mövzu ilə bağlı “Xəmsə Palace 2021” MTK-dan “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının sərəncamına əsasən tikilib.

Tikinti şirkəti həmçinin iddia edib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.

Vətəndaş isə bildirib ki, torpağın çıxarışı olmasa da, onun əlində bələdiyyə sənədi mövcuddur. O, çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.

 

Избранный
41
busaat.az

1Источники