RU

Fiziki şəxslər xarici banklardan kredit ala bilərmi? - AÇIQLAMA

Bəzən vətəndaşların xaricdəki banklarda saxlanan vəsaitlərdən istifadə edib‑edə bilməyəcəyi sual doğurur. Xüsusilə təhsil, müalicə, biznes və ya şəxsi ehtiyaclarla bağlı xarici ölkələrdən pul köçürmək və ya kredit götürmək istəyən fiziki şəxslər üçün bu mövzu aktualdır.

Belə hallarda əsas sual yaranır: fiziki şəxslər xarici banklardan pul götürə bilərlərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirdi ki, fiziki şəxslər xarici banklardan kredit ala bilər, amma bu, asan proses deyil və hər kəs üçün əlçatan sayılmır:

"Əsas şərt odur ki, həmin bankın tələblərinə cavab verəsən. Adətən xarici banklar yalnız öz ölkəsində yaşayanlara, orada işləyənlərə və ya rəsmi gəliri olanlara kredit verir. Əgər həmin ölkədə yaşayış icazən, iş müqavilən və ya bank hesabın yoxdursa, kredit almaq çox çətin olur. Xarici banklar riskə getməmək üçün əcnəbilərdən əlavə təminat tələb edir. Bu, girov, yüksək gəlir sübutu və ya həmin ölkədə zamin ola bilər. Sadəcə Azərbaycanda yaşayıb, uzaqdan müraciət etməklə kredit almaq, demək olar ki, mümkün deyil. Onlayn kredit və ya “xarici bankdan asan kredit” adı ilə təklif olunan elanlara da ehtiyatla yanaşmaq lazımdır. Bu cür təkliflərin çoxu dələduzluq olur. Qısaca desək, fiziki şəxs yalnız xarici ölkə ilə real əlaqəsi varsa, orada yaşayırsa, işləyirsə və ya ciddi maliyyə təminatı varsa, xarici bankdan kredit ala bilər".

Nuriyyə NATİQQIZI

Избранный
69
redaktor.az

1Источники