Bakı. Trend:
Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin olduğu“Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.
Trend xəbər verirki, təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisigeneral-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərliknümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində isə iki pilot vəbir bort bələdçisi yer alıb.
Məlumata görə, Məhəmməd Əli Əhməd Əl-Həddad bu gün Türkiyəninmilli müdafiə naziri Yaşar Güler ilə görüş keçirib.
Hadisə ilə əlaqədar Ankaranın Esenboğa Hava Limanında uçuşlarınmüvəqqəti olaraq dayandırıldığı bildirilib.