RU

Ankara yaxınlığında Liviya Baş Qərargah rəisini daşıyan təyyarə partlayaraq qəzaya uğrayıb -Yenilənib

Ankaradan havaya qalxan şəxsi təyyarə ilə əlaqə qəfil kəsilib...

Poliqon xəbər verir ki, Falcon 50 tipli təyyarənin qəzasdan əvvəl pilot təcili eniş üçün icazə istəyib

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddadı daşıyan Falcon 50 tipli təyyarə Türkiyənin paytaxtı Ankara yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə güclü partlayış baş verdiyi bildirilir.

Məlumata görə, qəza baş verməzdən əvvəl pilot hava hərəkətinə nəzarət xidmətinə təcili eniş üçün sorğu göndərib. Qısa müddət sonra isə ekipajla əlaqə tamamilə kəsilib. Bundan sonra təyyarə Ankaraya yaxın ərazidə yerə çırpılıb.

Yerel sakinlərin sözlərinə görə, qəza anında əyalət ərazisində güclü partlayış səsi eşidilib. Hadisə yerinə dərhal xilasedici və təhlükəsizlik qüvvələri cəlb olunub.

İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində beş nəfər olub. Onların arasında Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddad da yer alıb. Sərnişinlərin taleyi və mümkün itkilərlə bağlı rəsmi açıqlama hələ verilməyib.

Qəzanın səbəbləri hazırda araşdırılır. Texniki nasazlıq, partlayış ehtimalı və ya digər fövqəladə hallar istisna edilmir. Türkiyə və Liviyanın müvafiq qurumlarının birgə istintaq apardığı bildirilir.

***

Poliqon xəbər verir ki, Türkiyənin paytaxtı Ankaradan havaya qalxan və göyərtəsində Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilən şəxsi təyyarə radarlardan itib. Məlumata görə, təyyarə Ankara Esenboğa beynəlxalq hava limanından uçuş etdikdən qısa müddət sonra hava hərəkətinə nəzarət sistemlərində görünməz olub. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, söhbət mülki aviasiyaya məxsus özəl təyyarədən gedir. Hadisənin baş verdiyi an uçuşun marşrutu və təyyarənin hansı istiqamətə hərəkət etdiyi barədə rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib. Türkiyə aviasiya strukturları və təhlükəsizlik xidmətlərinin məsələ ilə bağlı araşdırmalara başladığı qeyd olunur.

NTV-nin məlumatında vurğulanır ki, radarlardan itmənin texniki nasazlıq, rabitə problemi və ya digər fövqəladə səbəblərlə bağlı olub-olmadığı hələlik məlum deyil. Eyni zamanda, hadisə Türkiyə və region ölkələrinin müvafiq qurumları arasında narahatlıq yaradıb, çünki təyyarənin göyərtəsində yüksək vəzifəli hərbi şəxs olub.

Hazırda Liviyanın rəsmi dairələri də vəziyyətlə bağlı məlumat toplamağa çalışır. Təyyarənin sonuncu dəfə hansı hava məkanında qeydə alındığı, ekipajla əlaqənin olub-olmaması və mümkün eniş ehtimalları araşdırılır. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Poliqon.info

Избранный
43
3
poliqon.info

3Источники