Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Almaniyanın “Ertsgebirge” klubunun sabiq müdafiəçisi Sebastian Hertner 34 yaşında vəfat edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. “Ertsgebirge” Futbol klubu keçmiş oyunçu Sebastian Hertnerin itkisi ilə əlaqədar kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Futbolçu dekabrın 20-də qış tətili zamanı 34 yaşında faciəvi qəza nəticəsində dünyasını dəyişib”, - deyə klubun məlumatında bildirilir.
Qeyd edək ki, Hertner “Ştutqart”ın yetirməsi olub. O, Almaniyanın gənclərdən ibarət milli komandasının heyətində (19 yaşa qədər futbolçular) 5 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.