RU

Türkiyədə baş qərargah rəisinin olduğu təyyarə ilə əlaqə kəsildi

Türkiyə hava məkanında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın olduğu bildirilən xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.

Busaat.az bildirir ki, təyyarə Ankaradakı Esenboğa Hava Limanından havaya qalxdıqdan sonra radarlardan itib.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb və Ankara hava məkanı müvəqqəti olaraq uçuşlara bağlanıb.

Təyyarənin son koordinatları və ekipaj üzvləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Избранный
49
busaat.az

1Источники