Liviyanın Tripolidə yerləşən Milli Birlik Hökuməti (MBH) Türkiyədə baş vermiş aviaqəza nəticəsində ölkənin qərbindəki Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın həlak olması ilə əlaqədar üçgünlük matəm elan edib.
APA xəbər verir ki, bu barədə Liviyanın Libya al-Ahrar telekanalı məlumat yayıb.
Məlumata görə, matəm ölkə ərazisinin tamamında qüvvədə olacaq.