RU

“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzdu

Türkiyə Kubokunun C qrupunun açılış matçında “Fənərbaxça” və “Beşiktaş” komandaları qarşılaşıb.

“Yeni Sabah” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən İstanbul derbisi qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:1.

Vatslav Çerninin dublu "Beşiktaş"a səfər qələbəsi qazandırıb. Meydan sahiblərindən isə Marko Asensio fərqlənib. O rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu nəticədən sonra turnirə qələbə ilə başlayan “Beşiktaş” növbəti turda, yanvarın 15-də “Ankara Keçiörəngücü”nü qəbul edəcək. Yanvarın 14-də isə ilk oyunda məğlub olan “Fənərbaxça” səfərdə “Beyoğlu Yeni Çarşı”nın qonağı olacaq.


Telegram kanalımız
Избранный
32
yenisabah.az

1Источники