Moskva və Vaşinqton son illərdə yığılıb qalan problemlərin həlli ilə bağlı dialoqu davam etdirir.
APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri Aleksandr Gusarov "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, dialoqun başlanğıc nöqtəsi Rusiya və ABŞ prezidentləri arasında 12 fevral tarixində baş tutmuş telefon danışığında əldə edilən anlaşmalar olub.
Həmin danışıq zamanı tərəflər Rusiya–ABŞ münasibətlərinin kompleks şəkildə bərpasının zəruriliyini vurğulayıblar.