Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə Venesuela arasındamövcud gərginliyin azaldılması məqsədilə, şəxsi vasitəçilik dədaxil olmaqla, istənilən diplomatik səyləri dəstəkləməyəhazırdır.
Trend-inməlumatına görə, bunu BMT-də Baş katibin siyasi və sülh quruculuğuməsələləri üzrə köməkçisi Xalid Xiari BMT Təhlükəsizlik ŞurasınınVenesuela üzrə iclasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin xahişi olarsa, Baş katibvasitəçilik xidmətləri də daxil olmaqla diplomatik əlaqələr üzrəbütün təşəbbüslərə dəstək verməyə hazırdır və BMT üzv dövlətlərinindinc həll istiqamətində atdığı addımları alqışlayır.
Xiari vurğulayıb ki, dialoq uzunmüddətli sülhə aparan yeganəmümkün yoldur.