Nyu-York ticarət birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün palladium fyuçerslərinin qiyməti 13 dekabr 2022-ci ildən bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 2000 dolları keçib.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 4:03-ə olan məlumata görə, palladium fyuçerslərinin qiyməti 9,43% artaraq troy unsiyası üçün 2003,50 dollara çatıb.
Bakı vaxtı ilə saat 5:00-a olan məlumata görə, qiymətli metalın qiyməti troy unsiyası üçün 1983 dollara düşüb (8,31% artım).