RU

ABŞ daha iki neft tankerini ələ keçirə bilər

Amerika hərbçiləri Venesuela sahillərində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən sanksiyalara məruz qalmış ən azı iki neft tankerini ələ keçirə bilərlər.

Publika.az xəbər verir ki, ABŞ lideri Donald Tramp tərəfindən elan olunmuş Bolivar Respublikasına qarşı blokada çərçivəsində ordunun belə bir addım ata biləcəyi bildirilir.

Hazırda Venesuelanın Punta Kardon limanı yaxınlığında xam neftin daşınması üçün nəzərdə tutulmuş bir tanker lövbərdədir. Bu gəmi Venesuelaya qarşı tətbiq edilən OFAC sanksiya siyahısında yer alır. Digər bir neft tankeri isə artıq Rusiyaya qarşı sanksiya siyahısında göstərilib və Karib dənizində, Venesuelanın Puerto-la-Krus limanı yaxınlığında lövbərdədir.

Ümumilikdə, hazırda Venesuela sahillərində neft məhsulları, xam neft, neft-kimya məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) daşımaq üçün nəzərdə tutulmuş təxminən 40 tanker mövcuddur.

Избранный
45
publika.az

1Источники