
Yaponiya əcnəbilər üçün vətəndaşlıq şərtlərini sərtləşdirə bilərYaponiya hökuməti əcnəbilərin vətəndaşlıq alması ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirməyi planlaşdırır. "The Independent" qəzetinin məlumatına görə, müzakirə olunan təşəbbüs ölkədə tələb olunan yaşayış müddətinin 5 ildən 10 ilə qədər artırılmasını, eləcə də yapon dili biliyinin məcburi şərt kimi tətbiqini nəzərdə tutur.Təklifə əsasən, vətəndaşlıq almaq istəyən əcnəbilər üçün dil biliklərinin yoxlanılması və inteqrasiya meyarlarının gücləndirilməsi gündəmdədir. Qeyd olunur ki, bu dəyişikliklər hələlik qanun layihəsi mərhələsindədir və rəsmi qərar qəbul edilməyib.Ulusum.az xəbər verir ki, məsələ əsasən “Nippon İşin Partiyası”nın təşəbbüsü ilə gündəmə gətirilib və hazırda Liberal Demokrat Partiyası çərçivəsində müzakirə olunur.İslahatların 2026-cı ildən etibarən qüvvəyə minə biləcəyi ehtimal olunur.Tənqidçilər isə bu addımı Yaponiyada mövcud işçi qüvvəsi çatışmazlığı fonunda miqrasiyanı daha da çətinləşdirən əlavə maneə kimi qiymətləndirirlər.R.Daşdəmirova
Diqqət Çəkənlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur
Varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur