RU

Ukrayna Baş Qərargahı saxtakarlıqda ittiham olundu

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukraynanın "DeepState" analitik ictimai qrupu Ukrayna Baş Qərargahını Severskdəki vəziyyətlə bağlı yalan danışmaqda ittiham edib.

Axar.az xəbər verir ki, xüsusilə, analitiklər vurğulayıblar ki, Rusiya ordusunun şəhərdə olması barədə məlumatlara baxmayaraq, Ukrayna Baş Qərargahı müdafiəçilərin Seversk üzərində tam nəzarətə malik olduğunu iddia edib.

"Xüsusilə, Baş Qərargahın sözçüsü Kovalyovdan eşitdik ki, onun Severskdə şəhəri müdafiə edən dostları var, biz isə saxtakarlıq və düşmən təbliğatı yayırıq", - deyə nəşr bildirib.

Analitiklər qeyd ediblər ki, indi "hər şey öz yerini tapıb".

Qeyd edək ki, Ukrayna Baş Qərargahı qüvvələrin Donetsk vilayətinin Seversk şəhərindən geri çəkildiyi barədə məlumat yaymışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
axar.az

1Источники