RU

“Şəhərsalma və Memarlıq İli”-ndə tikinti amnistiyası olacaq

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevinn qərarı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Bəs bu ildən hansı gözləntilər var?

Mövzu ilə bağlı News365.az -a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, gözləntilər böyükdür:

“Nəhayət ki, daşınmaz əmlakın dövlət reyestri açıq olsun deyirəm: kimin hansı əmlakı varsa, kim harada nə tikirsə və sair hər kəs işini görə bilsin. Bütün tikinti işləri baş planlara uyğun şəffaf həyata keçirilsin və ətraf binaların sakinləri yeni tikintilər barədə məlumatlandırılsın. Bütün qanunsuz tikililərə amnistiya verilərək hər kəsin başqasının haqqına girməyən faktiki daşınmaz əmlakı qeydiyyata alınsın. Paytaxtın icra hakimiyyəti mövcud binaların sökülməsi və yerində yeni binaların tikilməsi barədə tikinti şirkətlərinə qanunsuz icazələr verməyə son qoysun, binaların qanunsuz sökülərək insanların didərgin salınmasına son qoyulsun.  Çoxmərtəbəli binalarda mənzil alanlar dərhal mənzil-tikinti kooperativinin üzvü kimi vergi orqanı tərəfindən qeydiyyata alınsın, onların mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınsın, eyni mənzilin bir neçə nəfərə satılmasına son qoyulsun.  Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən çoxmərtəbəli binalarda ümumi mülkiyyət olan əmlaka (zirzəmi və s.) çıxarışların verilməsinə son qoyulsun.  Tikinti şirkətləri tikilmiş binalardan dərhal çıxarılsın, binalar sakinlər tərəfindən idarə olunsun. Tikinti, şəhərsalma və memarlıq sahəsində digər qanunsuzluq, özbaşınalıq və korrupsiyaya son qoyulsun, mülkiyyət hüququ qorunsun”.

News365.az 

Избранный
30
news365.az

1Источники