RU

Ukrayna dronları Tula kauçuk zavoduna hücum edib, Moskvaya qədər çatdı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Dekabrın 24-nə keçən gecə Tula vilayətində partlayış səsləri eşidilib. Yefremov şəhərində sintetik polimerlər zavodu yaxınlığında yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, Rusiya sosial media kanallarının yerli sakinlərə istinadən verdiyi məlumata görə, partlayışlar gecə saat 03:20 radələrində başlayıb. Ən azı 10 partlayış səsi qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolarda şəhərin sənaye zonası ərazisində yanğın olduğu görünür.

Eyni zamanda, Tula qubernatoru Dmitri Milyayev gecə ərzində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. Onun sözlərinə görə, Tulada dron qalıqları fərdi yaşayış evinə ziyan vurub. O, həmçinin Tula vilayətindəki müəssisələrdən birinin ərazisində yanğın baş verdiyini təsdiqləyib. NASA-nın FIRMS peyk xidməti də müəssisə ərazisində yanğın qeydə alıb.

"Yefremov Sintetik Kauçuk Zavodu" Rusiya Federasiyasında sintetik kauçuk və yüksək molekullu poliizobutilen istehsal edən ilk müəssisələrdən biridir.

Bundan əlavə, dronlar Moskvaya qədər də çatıb. Paytaxt merı Sergey Sobyanin şəhər yaxınlığında vurulan pilotsuz uçuş aparatlarının sayının üçə çatdığını bildirib. Bu arada, "Rosaviasiya" nümayəndəsi bəyan edib ki, "Vnukovo" hava limanı məhdudiyyətlər tətbiq edib – reyslər yalnız "müvafiq orqanlarla razılaşdırılmaqla" qəbul edilir və göndərilir.

Dekabrın 17-də dronlar Rusiya ərazisindəki neft emalı zavoduna (NEZ) və aviabazaya hücum edib. Həmçinin pilotsuz təyyarələr Ukrayna tərəfindən dəfələrlə zərbələrə məruz qalan strateji aviasiya bazasının yerləşdiyi Engels şəhərinə də "baş çəkiblər".

Dekabrın 19-da isə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilk dəfə Aralıq dənizində Rusiyanın "kölgə donanması"na məxsus tankeri vurub. Zərbə nəticəsində tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilməz.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
qaynarinfo.az

1Источники