RU

Tehran və Bakı Astara gömrüyündəki vəziyyəti sahmana salmağa çalışır

İran və Azərbaycan gömrükçüləri Astara sərhəd-keçid məntəqəsində yük maşınlarının hərəkətinin azaldılmasına dair yeni saziş imzalanıb.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, qərara əsasən, artıq sərhəd-keçid məntəqəsindən günlük 120-dən 140-a qədər soyuducu ixrac maşını buraxılacaq. Astarda köhnə və yeni məntəqələrdən keçən yük maşınlarının ümumi sayı isə günlük sayı 350-370-ə qədər artacaq.

Xatırladaq ki, son vaxtlar Astara sərhəd-keçid məntəqəsində sıxlığın yaranması iranlı ixracatçılar arasında ciddi narazılıq yaradıb. Bəzən sərhəddə növbə gözləyən maşınların sayı 2000-i keçir. Nəticədə, mal və əmtəələrin çatdırılması 10 gün gecikir.


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники