RU

Azərbaycanın dövlətçilik salnaməsi inanc və vicdan azadlığına hörmət, sadiqlik prinsiplərinə söykənir - Komitə sədri

Bakı. Trend:

Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadinailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara,inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinəsöykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din XadimlərininII Forumunda çıxışı zamanı deyib.

“Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqimüstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illərərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərəkcilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanistdünyagörüşünün əyani təzahürüdür”, - deyə o bildirib.

R.Məmmədov vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərəötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ənfundamental prioritetlərindən biridir:

“Birmənalı şəkildə deyə bilərik ki, müasir Azərbaycandadövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərəsöykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adıilə bağlıdır.

Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyüksiyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpaetmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhzmilli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır.

Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən,ardıcıl və prinsipal xarakter daşıyır.

Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilətəmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki,din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlətdinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabərhüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdanazadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariznümunəsidir”.

Избранный
76
az.trend.az

1Источники