“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi kartriclərin alınması, təkrar dolumu, ehtiyat hissələrinin dəyişdirilməsi və printerlərin təmiri xidmətlərinə 222 994 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, müvafiq xidməti “Mixtoner” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə prosesin icrasına başlanılıb.
Cabir
Tarix: 24 Dekabr 2025, 10:23