RU

Putin İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Rusiya prezidenti Azərbaycan liderinə ən səmimi arzularını çatdırıb...

Poliqon xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 64-cü doğum günü münasibətilə təbrik edib. Təbrik teleqramması Kremlin rəsmi saytında dərc olunub.

“Hörmətli İlham Heydəroviç, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin”, deyə teleqrammada vurğulanıb.

Putin qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan sosial və iqtisadi sahələrdə ümumi tanınan uğurlar əldə edib və hazırda ölkə beynəlxalq arenada mövqelərini möhkəmləndirir.

Rusiya lideri həmçinin bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər dostluq, qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. O, əminliyini ifadə edib ki, bu əlaqələr strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etməyə davam edəcək.

Teleqrammanın sonunda Putin Azərbaycan prezidentinə sağlamlıq, rifah və uğurlar arzulayıb.

Poliqon.info

Избранный
37
5
poliqon.info

4Источники