RU

IFFHS 2025-ci ilin yekunlarına əsasən qalibi açıqladı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

İdman.Biz xəbər verir ki, 64 yaşlı mütəxəssis səsvermənin nəticələrinə əsasən 136 xal toplayaraq birinci yeri tutub.

Siyahıda Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 83 xalla ikinci olub.

İlk üçlüyü isə Argentina yığmasının çalışdırıcısı Lionel Skaloni 59 xalla tamamlayıb.

Qeyd edək ki, Luis de la Fuente ötən dövrdə İspaniya yığması ilə Avropa arenasında ardıcıl uğurlu nəticələr əldə edib və komandada aparılan struktur dəyişiklikləri ilə müsbət rəy qazanıb. Bu amil də onun səsvermədə böyük üstünlüklə qalib gəlməsində əsas rol oynayıb.

İdman.Biz
Избранный
42
1
idman.biz

2Источники