Bakı. Trend:
Prezident İlham Əliyevin ötənilki müraciətində təqdim olunandigər bir mühüm mesaj isə məhz din xadimlərinə ünvanlanmışdı. Bumesajın fəlsəfəsi, din xadimlərinin yalnız ibadət məkanlarınınrəhbərləri kimi deyil, həm də mənəvi dəyərlərin daşıyıcıları,cəmiyyətin sağlam düşüncə ruhunda formalaşmasında mühüm təsirgücünə malik şəxslər olduğunu göstərir.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din XadimlərininII Forumunda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, mənəvi-əxlaqi tərbiyə işinintəkmilləşdirilməsi çağırışı müasir dövrdə qloballaşma, informasiyabolluğu və dəyər aşınması fonunda xüsusi aktuallıq kəsb edir:
“Bu isə dünyəvi dövlətçilik prinsipləri ilə ziddiyyət təşkiletmir, əksinə, onları tamamlayır.
Qeyd edim ki, ötən müddət ərzində bu fəaliyyət düşünülmüşideoloji və maarifləndirici işlərlə müşayiət olunub. Dövlətqeydiyyatına alınmış yüzlərlə dini qurumun, müxtəlifkonfessiyaların bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanındemokratik və tolerant imicini beynəlxalq aləmdə ucaldan mühümamillərdəndir.
Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adasıkimi təbliği istiqamətində sistemli addımlar atılıb, dünyanınnüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıxəməkdaşlıq platformaları yaradılıb”.