Özbəkistanda yaxın gələcəkdə “Disneyland” parkı yaradıla bilər. Məlumata görə, ölkə prezidentinin administrasiyasının rəhbəri Səidə Mirziyoyeva artıq “The Walt Disney” şirkətinin vitse-prezidenti Hayma Vaşinqton ilə görüş keçirib.
Danışıqlar zamanı müxtəlif iri layihələr müzakirə olunub və onlardan biri də “Disneyland” olub.
“Biz Hollivud mütəxəssisləri ilə birgə animatorların, rejissorların və ssenaristlərin yeni nəslini hazırlamağı planlaşdırırıq. Cənab Vaşinqton ölkədə aparılan islahatlara böyük maraq göstərib və təşəbbüslərimizi dəstəkləməyə hazır olduğunu bildirib. Biz isə şirkətin Mərkəzi Asiya üzrə nümayəndəliyinin Özbəkistanda açılmasında və özbək dilində tamhüquqlu uşaq məzmunu olan televiziya kanalının işə salınmasında maraqlı olduğumuzu ifadə etdik”, – deyə Səidə Mirziyoyeva söyləyib.
Hələlik heç bir detal açıqlanmayıb, buna görə də layihəyə təsdiq verildiyi təqdirdə parkın nə qədər müddətdə tikiləcəyi bəlli deyil. Lakin nəzərə alsaq ki, dünyada cəmi altı belə park mövcuddur, Özbəkistanda yeddinci “Disneyland” parkının inşası təkcə ölkə üçün deyil, bütün region üçün son dərəcə mühüm hadisə olacaq.
Hazırda mövcud “Disneyland” parkları ABŞ-də (iki park), Fransada, Yaponiyada və Çində (iki park) yerləşir.