RU

Meloni: 2026-cı il daha çətin olacaq, hələki dincəlmək vaxtıdır...

İtaliya baş naziri hökümətdə çalışanları Milad tətilində istirahət etməyə çağırıb...

Poliqon xəbər verir ki, İtaliyanın baş naziri Corciya Meloni Milad münasibətilə işçilərinə ünvanladığı təbrik mesajında 2025-ci ilin çətin keçdiyini etiraf edib və 2026-cı ilin “daha da pis” olacağını vurğulayıb. O, əməkdaşlarını Milad tətilində yaxşı dincəlməyə çağıraraq bildirib ki, bu, qarşıda onları gözləyən çətin iş ili üçün vacibdir.

“Biz bir ailəyik, il boyu mübarizə aparırıq. Keçən il hamımız üçün ağır oldu, amma narahat olmayın – gələn il daha çətin olacaq”, deyə meloni bildirib. 

Baş nazirin sözlərinə görə, işçilərin yaxşı istirahəti onları qarşıda duran sınaqlara hazır edəcək və həmrəyliyi möhkəmləndirəcək.

Məlumatda qeyd olunur ki, İtaliyada hökumət ofislərində işçilərin ruh yüksəkliyinin qorunması və stresin azaldılması üçün bu cür təbrik mesajları ənənəvi olaraq yayılır. Meloninin çağırışı həm də idarə heyətinə və vətəndaşlara gələcək çətinliklərə hazırlıqlı olmağı xatırladır.

Poliqon.info

Избранный
38
poliqon.info

1Источники