ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Nucuma kurortunda 8 milyon dollara iki villa alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Goal.com” portalı məlumat yayıb.
Portalın məlumatına görə, portuqaliyalı futbolçunun yeni mülkünün yerləşdiyi Qırmızı dəniz adası Səudiyyə Ərəbistanının materik hissəsindən 20 km-dən çox məsafədə yerləşir. Buna görə də, adaya yalnız qayıqla getmək mümkündür.
40 yaşlı hücumçu bu alış-verişi bu yerlə dərin əlaqəsi ilə izah edib.
“Bura, sözün hər mənasında, həqiqətən də müstəsna bir yerdir. İlk səfərimizdən Corcina və mən bu ada və onun valehedici təbii gözəlliyi ilə dərin bir əlaqə hiss etdik. Bura bizim sakitlik və rahatlıq tapdığımız bir yerdir”, - Ronaldo bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.