RU

AMİU 74 minlik yubiley keçirəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) yubileyinə və bəzi işlərinə 100 min manatdan bir qədər çox maliyyə ayırıb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, təhsil ocağı 50 illik yubileyini qeyd edəcək. Bununla bağlı Gülüstan Sarayında tədbir keçirəcək. Universitet tədbirin təşkilinə 74400 manat ayırıb.

Bundan əlavə, internet texnologiya (İT) avadanlıqları üçün lazım olan ləvazımatların alınmasına görə razılaşdığı şirkətə 9 min manatdan bir qədər çox vəsait xərcləyib.

Universitet həmçinin nəqliyyat vasitələrinin cari təmiri xidməti ilə bağlı servisə 15000 manat verib.

AMİU o cümlədən təhsil müəssisəsinin qazanxanasında esenjorların yuyulmasına görə razılaşdığı şirkətə 5798 manat ödəniş edib. Bütün növ printerlərin texniki baxışı və katriclərin doldurulması xidmətləri ilə əlaqədar isə 18181 manat xərcləyib.

Избранный
45
2
olke.az

3Источники