RU

“Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir” Ombudsman

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ölkəmiz bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib

“Ölkəmiz tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirməkdədir. Azərbaycan son illər bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi etmişdir.

İnanıram ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsipləri əsasında daha səmərəli təmin edilməsi sahəsində mövcud müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaqdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
4
metbuat.az

5Источники