RU

13 milyard il əvvəl kosmosdan göndərilən siqnal Yer kürəsinə çatıb –Alimlərdən açıqlama

Alimlər kosmosdan Yer kürəsinə gələn ən qədim siqnalı alıblar.

AzPost bildirir ki, bu barədə Almaniyanın “Focus” nəşri məlumat yayıb.

Bu siqnal 13 milyard il əvvələ, kainatın hələ yetkinləşməmiş hesab edildiyi dövrə aiddir.

Siqnalın təxminən 10 saniyə davam etdiyi və çox güman ki, fövqəlulduzun partlayışından qaynaqlandığı bildirilir.

Hollandiyadakı Radboud Universitetinin əməkdaşı Endryu Levanın sözlərinə görə, siqnal 14 mart 2025-ci ildə Fransa-Çin SVOM peyki tərəfindən aşkar edilib. O, GRB 250314A adlı qamma şüalanma partlayışını aşkar edib. Yerüstü qruplar dərhal reaksiya veriblər. Bir neçə saat sonra NASA-nın Swift rəsədxanası mənbəyi aşkar edib. Lakin mənbə yalnız indi Ceyms Vebb Kosmik Teleskopu vasitəsilə deşifrə edilib.

“Yalnız Vebb bu işığın fövqəlulduzdan gəldiyini birbaşa sübut edə bilib”, – Levan vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu, ilk dəfədir ki, bu erkən dövrdən olan fərdi ulduzlar birbaşa aşkarlanıb.

Təhlilin nəticələri alimlər üçün gözlənilməz olub. Məlum olub ki, həmin dövrün fövqəlulduz partlayışları müasir partlayışlarla eyni görünür.

AzPost.az

Избранный
15
1
azpost.info

2Источники