Qeyd olunub ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə elektroenergetika sektorunda genişmiqyaslı islahatlara başlanılıb, milli idarəetmə modeli formalaşdırılıb, generasiya və paylayıcı şəbəkələr faktiki olaraq yenidən qurulub. Onlarla yeni elektrik stansiyası inşa edilib, mövcud güclər modernləşdirilib, enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və ölkənin enerji təhlükəsizliyi təmin edilib.
Filmdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paylayıcı şəbəkənin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı və regionlarda hava elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi, eləcə də "ağıllı şəhər" konsepsiyasına keçid ardıcıl şəkildə əks olunur. Eyni zamanda azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yaradılan enerji infrastrukturu milli bərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim edilir.
Sənədli filmdə yaşıl enerji strategiyası, COP29-a ev sahibliyi, beynəlxalq enerji layihələri və Azərbaycanın regional enerji liderinə çevrilməsi Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının nəticəsi kimi dəyərləndirilir. "NUR ZƏFƏRİ" filmi elektroenergetika sahəsində əldə olunan uğurları, bu sahədə çalışan energetiklərin fədakar əməyini və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən sənədli ardıcıllıq kimi təqdim olunur. https://youtu.be/UqNhRq7W-GU