RU

Azərbaycan və Özbəkistan dinin siyasi proseslərin alətinə çevrilməsinə yol vermirlər - Müzəffər Kamilov

Bakı. Trend:

Azərbaycan və Özbəkistanın təcrübəsi aydın şəkildə göstərir ki,ölkələrimizi ümumi tarix, qohum dil, vahid mədəni məkan və eynisivilizasiyaya mənsubiyyət birləşdirir.

Trend xəbərverir ki, bunu Özbəkistan Respublikasının Prezidentinin dövlətmüşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoruMüzəffər Kamilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, məhz buna görə xalqlarımızın dünyagörüşü,dəyərlər sistemi və cəmiyyətə münasibəti ümumi mənəvi mənbəəsasında formalaşıb:

"Türk xalqlarının tarixi boyunca dövlətçilik, hüquqi düşüncə vəkollektiv məsuliyyət ənənələri ahəngdar şəkildə inkişaf edib. Butarixi təcrübəyə əsaslanaraq, Azərbaycan və Özbəkistan dinicəmiyyətin mənəvi dayağı kimi qəbul etməklə yanaşı, onun dövlətidarəçiliyi və siyasi proseslərin alətinə çevrilməsinə yolverilməməsi prinsipinə ardıcıl şəkildə sadiq qalırlar.

Bu isə türk dünyasında dünyəvi dövlətçiliyin, sosial sabitliyinvə dinlərarası tolerantlığın təmin edilməsinin zamanın sınağındançıxmış, ümumi və səmərəli yolunun mövcudluğunu təsdiqləyir", - deyəMüzəffər Kamilov qeyd edib.

Избранный
33
az.trend.az

1Источники