Samiraldo kimi tanınan stilist Samir Əliyev maraqlı açıqlaması ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, o, geyimlərini nümayiş etdirərkən, “geyimlərimin içərisində kişi geyimləri də var” fikri ilə müzakirələrə səbəb olub:
“Yataq otağıma demək olar heç kəsi buraxmıram. Çünki orda mənim mənəvi sərvətim var. İşlə bağlı bütün geyimlərim ordadır. Bəzən kişi məclislərinə gedirəm. Ona görə də kostyum da alıram. Mənə deyirlər ki, hər hansı bir məkanın açılışına gedirsən qadın geyimləri ilə. Azərbaycanda buna pis baxırlar. Başqa mənalar yükləyirlər. Gey deyirlə. Amma anlamırlar ki, mən özüm şərait yaratmışam ki, mənə gey desinlər.Bəlkə də inanmayacaqsınız, indiyə qədər həyatımda nə qadın, nə də kişi sevgilim olub. İndi də yoxdur. Ümumiyyətlə, həyatımda seks olmayıb. Heç kəsə qarşı hissiyyatım yoxdur”.
ƏNTİQƏ