RU

İcra başçısı sakinin 100 manatına ehtiyac duyub Məhkəmə qalmaqalı

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.Teleqraf-ın məlumatına görə, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.Ötən gün Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.Qeyd edək ki, "TikTok"da paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra

başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
27
mia.az

10Источники