Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 415 sinif üzrə 275 861 şagirdi əhatə edir.
Layihə çərçivəsində 3 494 müəllim müvafiq təlimlərdən keçib.