
Rusiyanın paytaxtı Moskvada partlayış baş verib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskvanın cənubundakı Yeletskaya küçəsində yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb. İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib. Partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 2-si ağır yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə əlaqədar şübhəlilərin axtarışı aparılır, kamera görüntüləri araşdırılır.
İlahə Qənbərli
Missiya.Az