RU

Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi FOTO

Mia.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə daha bir unikal hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vanın ən böyük və daha çox silahlı tayfalarından biri olan Ertoşi əşirətinin lideri İsgəndər Ertuş Ankaranın mərkəzində oğlunu güllələyib.

Məlumata görə, Ertoşi qəbiləsinin lideri İsgəndər Ertuş hadisədən sonra saxlanılsa da, 3 saat çəkən ifadəsindən sonra sərbəst buraxılıb.

Xəbərdə deyilir ki, əşirət lideri ikinci arvadından olan oğlunu evdə güllələyib: "Ata ilə oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Bu zaman İskəndər Ertuş oğlu Hadi İskəndəri silahla vurub. Ailə üzvləri onu yaralı halda xəstəxanaya yetişdiriblər..."

Məlumata əsasən, 1955-ci ildə Vanın Başkale rayonunda anadan olan İskender Ərtuş atası Mahmut Ərtuşun 1979-cu ildə vəfat etməsindən sonra əşirətin başına keçib. Van, Hakkari, Şırnak, Siirt, Batman və Diyarbəkirdə böyük saya sahib olan Ertoşi əşirətinin lideri 23 il ərzində 5 partiyaya üzv olub:

"İskender Ərtuş 23 il ərzində beş fərqli siyasi partiyada siyasətlə məşğul olub. Ərtuş bu yaxınlarda üçüncü dəfə AK Partiyaya qoşulub. O, müxtəlif vaxtlarda HDP həmsədri Səlahəddin Dəmirtaş, Prezident Rəcəb Tayyib Ərdoğan və keçmiş CHP sədri Kamal Kılıçdaroğlu tərəfindən partiya nişanları alanlardan biri olub..."

Firudin Səfərli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
mia.az

1Источники