RU

Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının sədri Seymur Əhmədovdan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Lüksemburq Azərbaycan Dostluq Assosiasiyası və Lüksemburqda yaşayan azərbaycanlı həmvətənlərimiz adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə dərin ehtiramımızı ifadə edirik.

Sizin uzun illər ərzində Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyiniz xidmətlər danılmaz və əvəzolunmazdır. Uzaqgörən və qətiyyətli rəhbərliyiniz altında Azərbaycan güclü dövlətçilik ənənələrini möhkəmləndirmiş, beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmış, iqtisadi inkişaf və sosial rifah sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Ali Baş Komandan kimi göstərdiyiniz misilsiz siyasi iradə, əzm və liderlik sayəsində torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Bu tarixi Zəfər Sizin adınızı müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazmış, xalqımızın qürur mənbəyinə çevrilmişdir.

Zati-alinizin fəaliyyəti nəticəsində Azərbaycan bu gün güclü, müstəqil və gələcəyə inamla addımlayan bir dövlətdir. Sizin dövlətçilik fəlsəfəniz, milli maraqlara söykənən siyasətiniz və prinsipial mövqeyiniz həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir və xalqımızın Sizə olan sevgi və etimadını daha da möhkəmləndirir.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir,

Zati-alinizə möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikasına isə davamlı inkişaf, rifah və firavanlıq arzulayırıq.

Ən yüksək ehtiramla,

Seymur Əhmədov

Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının sədri

Избранный
38
2
azerbaijan-news.az

3Источники