Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Karyerasını bitirən tennis ulduzu Serena Uilyams bacısı Venera Uilyams sevgilisi, 37 yaşlı aktyor Andrea Preti ilə ailə qurub.
Axşam.az xəbər verir ki, ötən həftəsonu cütlük Florida ştatında dəbdəbəli toy mərasimi keçirib. Məclisdən görüntülər sosial mediada yayılıb.
Məlum olub ki, cütlük əslində nikahlarını hələ 18 sentyabrda İtaliyada, yaxın dostlarının iştirakı ilə bağlayıblar. Toy isə bu yaxınlarda baş tutub və beş gün davam edib. Mərasim hovuz kənarı məclislər, fərqli üslubda toy mərasimi, italyan şam yeməyi və oyunlarla dolu idman günü də daxil olmaqla müxtəlif proqramlardan ibarət olub. Bu müddət ərzində gəlin "Morilee New York", "Kim Kassas Couture", "Wona Concept" və "Nadia Manjarrez" kimi brendlərə aid təxminən 10 müxtəlif gəlinlik geyinib.
Serena Uilyams gənc cütlüyə dəbdəbəli bir yaxta hədiyyə edib və bayram zamanı yeməklərin təşkili işini də öz üzərinə götürüb.
































Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.