“Gələn ilin əvvəli ABŞ Ermənistandakı siyasətini həyata keçirmək üçün aktiv addımlar atacaq”.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan deyib.
Sarkisyan bildirib ki, Vaşinqtondan yüksək rütbəli şəxsin İrəvana səfəri gözlənilir.
“Məndə olan məlumata görə, fevral ayında çox yüksək vəzifəli amerikalı məmur Ermənistana səfər edəcək.
Sarkisyan yazıb ki, gələn ilin əvvəli Ermənistanda Amerika siyasətinin həyata keçirilməsi baxımından son dərəcə aktiv olacaq. Bu, Tramp tərəfindən rəsmi olaraq da elan edilə bilər”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinin geri çağırılması və onu başqa diplomatın əvəzləyəcəyi haqda məlumatlar yayılıb. Lakin qısa müddətdə yeni səfirin təyin ediləcəyi gözlənilmir, ABŞ səfirinin vəzifəsini isə müvəqqəti işlər vəkili həyata keçirə bilər. İstisna deyil ki, İrəvana gələcək amerikalı məmur, Paşinyan hakimiyyəti ilə səfir geri çağırılsa belə, Ermənistanla münasibətlərin davam etməsi, Zəngəzur dəhlizi də daxil olmaqla Vaşinqton razılaşmalarının icrasını müzakirə edəcək.
Asif
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта