RU

Bayrama görə 5 gün ardıcıl iş olmayacaq - Yerdəyişmə edilməyəcək

Bir neçə müddətdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı məsələsi sual altındadır.

Olaylar.az bildirir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, bayram günlərinin heç biri şənbə və bazara təsadüf etmədiyinə görə təqvimə heç bir dəyişiklik edilməyəcək.

Belə ki, 2025 və 2026-cı il təqvimlərinə əsasən  31 dekabr və 1,2 yanvar tarixləri qeyri iş günləridir. 3 və 4 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 5 günlük iş həftəsində çalışanlar üçün qeyri-iş günləridir.

Müvafiq olaraq 5 günlük iş həftəsində çalışanlar üçün 31 dekabr və 1,2,3,4 yanvar tarixlərində qeyri-iş günü olacaq.

Qanunvericiliyin tələbinə əsasən isə bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Nazirlər Kabinetindən Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki,  iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir qərar qəbul edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
25
4
olaylar.az

5Источники