RU

Futbola doğru ilk addımlar: Məktəblilərlə görüşdən FOTOREPORTAJ

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün 189-190 nömrəli məktəbin dəvəti ilə qızların futbola cəlb olunmasının artırılmasına yönəlmiş tədbir çərçivəsində görüş keçirilib.

İdman.Biz xəbər verir ki, görüşə AFFA U-12 Liqasının və Məktəbli qızlar turnirinin iştirakçıları olan şagirdlər qatılıblar.

Tədbir zamanı xatirə fotoları çəkilib, məktəbə xatirə hədiyyələri təqdim olunub. Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və əməkdaşları, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin üzvləri Milana Rəhimova, Sara Səlimova və Mədinə Çuruqova iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərlə söhbətlər olub, qadın futbolunun inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
icma.az

2Источники