RU

O kağız parçasnın əhəmiyyəti sıfıra bərabərdir - Deputatdan Avroparlamentə CAVAB

"Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsinin, o kağız parçasnın bizim üçün əhəmiyyəti sıfıra bərabərdir".

Bunu deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları özbaşına deyillər:

"Onları uzun müddət indi Kaya Kallasın icra etdiyi vəzifəni yürütmüş Cozef Borrel yönləndirirdi. Özlərinə dərd edirlər ki, niyə Azərbaycan onları saymır. Əcəb edib saymırıq. Ona görə ki, Avropa Parlamentində ölkəmiz əleyhinə qətnamə qəbul edənlər, ona səs verənlər riyakardır”.

Müsahibimiz hesab edir kii, Avropa Parlamentinin qətnamələrinə ümumiyyətlə əhəmiyyət vermək lazım deyil. Dediyinə görə, Azərbaycan əleyhinə qətnamə qəbul edənlər də yaxşı bilirlər ki, Bakıya gəlməyə üzləri olmayacaq:

“Sabah hansısa ciddi məsələdə Azərbaycanın dəstəyinə ehtiyac duyanda Bakı sizi eşitməyəcək".

Rasim Musabəyov, deputat

Parlament üzvü qeyd edib ki, Azərbaycan öz regional əhəmiyyətli layihələrini Brüsselin dəstəyinə ehtiyac olmadan öz gücü ilə həyata keçirir:

"Avropa İttifaqının kefini pozan o məsələdir ki, onlar Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə də vasitəçilik edə bilmirlər. Onların bütün vasitəçilik təklifləri, cəhdləri nəticəsiz qaldı. Azərbaycan və Ermənistan sülh danışıqlarını Vaşinqtonda imzalanan sənədlərə əsaslanaraq, ikitərəfli qaydada həyata keçirir”.

Deputata görə, bunun özü Avropa İttifaqının bölgədə uğursuz və əhəmiyyətsiz qurum kimi çıxış etməsinin təzahürüdür:

“Görünür, elə buna görə mənasız qətnamələrlə Azərbaycandan "qisas" almağa cəhd göstərirlər. Azərbaycan buna görə öz kefini pozmayacaq".

Aydın Baxış

Избранный
35
1
bakivaxti.az

2Источники