Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov dəfn olunub.
News365.az xəbər verir ki, E. Qurbanov Türkiyədə müalicə zamanı dünyasını dəyişib.
DSX-nin zabiti olan Elçin Qurbanov Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, Qarabağdakı son döyüşlər zamanı yaralanıb və daha sonra ordudan tərxis edilib.
Mərhum Cəlilabadın Ocaqlı kəndində torpağa tapşırılıb.