RU

''Beşiktaş'' ''Fənər''dən qisasını kubokda aldı

Türkiyə kubokunda qrup mərhələsinin 1-ci turunun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, turun ən maraqlı oyunu Kadıköydə keçirildi. İlin son İstanbul derbisində ''Fənərbaxça'' ''Beşiktaş''ı qəbul etdi.

Noyabrın əvvəllərində superliqa çərçivəsində ''Fənər'' ''Beşiktaş''la səfər matçında 0:2-dən geridönüş edərək 3:2 hesablı tarixi qələbə qazanmışdı. Bu matça həm də qisas hissi ilə çıxan ''qartal'' istəyinə çatdı. Amma ədalət naminə ''Fənər''in bu oyuna ciddi itkilərlə çıxdığını bildirək. Müxtəlif səbəblər üzündən 13 futbolçu oynamırdı.

Oyuna damğa vuran isim Vatslav Çernı oldu. 28 yaşlı çexiyalı vingerin ilk yarıda vurduğu qola hələ fasiləyə qədər penaltidən Marko Asensio cavab verdi. ''Fənər''in qapıçısı Tarık Çətinin önəmli seyvləri sayəsində uzun müddət hesab dəyişmədi. Amma son saniyələrdə Çernı yenə səhnəyə çıxaraq komandasına 2:1 hesablı qələbə qazandırdı. Maraqlıdı ki, bu futbolçu ardıcıl 2-ci mövsümdə ''Fənərbaxça''ya qarşı səfərdə dubl etdi! Ötən mövsüm Çernı bunu ''Reyncers''in heyətində bacarmışdı. Qlazqo nəhəngi Avropa Liqasının 1/8 finalında İstanbulda ''Fənər''i 3:1 məğlub etmişdi.

Bütün turnirləri nəzərə alsaq, 16 oyunluq məğlubiyyətsiz seriyası qırılan ''sarı-lacivərdlilər'' Domeniko Tedeskonun başçılığı altında 21-ci rəsmi oyunda cəmi 2-ci dəfə məğlub oldular. ''Beşiktaş''ın ölkə kubokunda prinsipial rəqibə qarşı üstünlüyü diqqət çəkir. ''Ağ-qaralar'' bu turnirdə ''Fənər''ə qarşı 23-cü oyunda 12-ci qələbəni qazandılar (6 heç-heçə, 5 məğlubiyyət).

Избранный
30
1
football-plus.az

2Источники