RU

Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur Natiq Cəfərli

Sitat.info saytına istinadən ain.az xəbər verir.

"İllərdir deyirik ki, Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına heç bir ehtiyac yoxdur. Dünyanın nadir ölkələrində bu sahədə ayrıca qurum fəaliyyət göstərir".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O  bildirib ki, Dövlət Gömrük Komitəsi ilk növbədə hərbisizləşdirilməlidir: "Onların rütbələrinin olmasının da mənası yoxdur – bu ötən əsrlərdən, rus imperiyasından miras qalan “ənənədir”. Komitə ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin tərkibində kiçik bir departament kimi, sahibkarın üzünü görmədən fəaliyyət göstərən bir quruma çevrilməlidir. Başqa çıxış yolu yoxdur – son zamanlarda baş verən həbslər nə birincidir, nə də sonuncu, 34 illik müstəqillik dövründə dəfələrlə Dövlət Gömrük Komitəsində korrupsiya və digər qanun pozuntuları ilə aşkarlanıb. Deməli bu strukturun özünün problemi var. Ola bilməz ki, yüzlərlə insanın hamısı cinayətkar olsun".

İqtisadçı hesab edir ki, Gömrük Komitəsi ayrıca bir qurum kimi kökündən ləğv edilməli, işçi sayı kəskin azaldılmalı və yeni formatda nazirliklərin birinin tabeçiliyinə verilməlidir.

Aytac,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
sitat.info

2Источники