RU

Kənd təsərrüfatı nazirinin Sabirabadda vətəndaş qəbulu təxirə salındı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun dekabrın 26-da Sabirabad rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Doğru.az xəbər verir ki, qəbul yanvarın 9-na təyin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, vətəndaşlar əlavə məlumat almaq üçün nazirliyin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.

DOĞRU.AZ

Избранный
28
3
dogru.az

6Источники