Dekabrın 26-da Bakıda Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən “Türkiyəyə ixracat: bazara giriş prosedurları” mövzusunda seminar keçiriləcək.
Agentliyin məlumatına görə, tədbirdə Azərbaycan ixracatçılarına Türkiyə bazarına giriş və satış prosedurlarına dair Türkiyənin ixtisaslaşmış məsləhətçi şirkəti və sözügedən sahənin mütəxəssisləri tərəfindən müvafiq təlimlərin təqdim edilməsi nəzərdə tutulur.
Seminar çərçivəsində iştirakçılara aşağıdakı mövzular üzrə ətraflı məlumat təqdim ediləcək:
- Türkiyə Respublikasının gömrük sistemi, idxal və ixrac prosedurları;
- Türkiyədə məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.);
- Məhsulların Türkiyəyə çatdırılması ilə bağlı logistika və daşınma prosedurları;
- Türkiyə bazarında satış kanalları və bazara giriş strategiyaları;
- Rəqəmsal satış imkanları və e-ticarət platformaları ilə əməkdaşlıq mexanizmləri;
- Real praktiki nümunələr (case study) əsasında təlimlərin keçirilməsi;
- Türkiyə qanunvericiliyinə uyğun ticarət müqavilələri və hüquqi çərçivə üzrə məlumatlandırma.
Seminar başa çatdıqdan sonra 6 ay müddətində seçilən iştirakçıların ixrac fəaliyyəti ilə bağlı yazılı müraciətləri çərçivəsində təqdim olunan suallar ödənişsiz şəkildə ekspertlər tərəfindən cavablandırılacaq.
Qeydiyyat linki: https://forms.office.com/r/af1mvSCaM1